"Hər bir uşaq istedadlıdır" layihəmizin növbəti iştirakçısı
Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.6-cı bəndinə və məktəbin illik Fəaliyyət Planının 1.3.6-cı bəndinə uyğun olaraq Xüsusi qabiliyyət tələb olunan (incəsənət, musiqi, idman və s.) sahələrdə istedadı ilə fərqlənən uşaq və yeniyetmələrin aşkara çıxarılması, onların istedadının inkişaf etdirilməsinə hərtərəfli şəraitin yaradılması istiqamətində işlərin gücləndirilməsi məqsədilə məktəbimizdə "Hər bir uşaq istedadlıdır" adlı layihəyə start verilmişdir. Nəzərə alınmışdır ki, layihə çərçivəsində hər həftə məktəbdə oxuyan istedadlı uşaqlarla onların uğur yolu ilə bağlı müsahibələr alınsın və həmin şagirdlər bütün məktəblilərə tanıdılsın. Layihəmizin növbəti iştirakçısını təqdim edirik.
1.Özünü təqdim et.
-Abdullazadə Nuray Arzu qızı.
2.İdmanın hansı növü ilə məşğul olursan?
-Mən Capoeira ilə məşğul oluram.
3.Bu idman növünə maraq necə oldu yarandı?
-Mən televiziyada idman proqramına baxırdım. Orada qızlar çox həvəslə hərəkətlər edirdilər. Məndə də bu sahəyə maraq oyandı. Valideynlərim məndəki bu marağı görüb məni kursa apardılar.
4.Harda məşq edirsən? Məşqçin kimdir?
-“HÖVSAN İDMAN KOMPLEKSİ “ndə məşq edirəm. Məşqçim H.Orxan və H.Elsevər müəllimdir.
5.Neçə ildir ki, Capoeira ilə məşğul olursan?
- 3 ildir bu idman növü ilə məşğul oluram.
6.Bu illər ərzində hansı nailiyyətlər qazanmısan?
- 3 il ərzində bir çox nailiyyətlərim olub. 2 dəfə 7-10 yaşlı qızlar arası Bakı şəhər açıq kuboku üzrə I və II yerləri qazanmışam.
7.Gələcəyinlə bağlı arzuların?
-Yaxşı təhsil almaq və idman sahəsində yeni nailiyyətlər qazanmaq istəyərəm.