Məktəblilərin "Gənc istedadlar" breyn-rinq bilik yarışının beşinci mərhələsi keçirildi
Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.6-cı bəndinə və məktəbin Fəaliyyət Planına müvafiq olaraq ayrı-ayrı fənlər üzrə ümid verən istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil olunması, şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq qabiliyyəti, özünü təqdimetmə və kollektivi təmsil etmə qabiliyyətinin, İKT-dən istifadədə elmi bacarıqlarının üzə çıxarılması məqsədilə aprelin 25-də 76 nömrəli tam orta məktəbdə 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin iştirakı ilə məktəblilərin "Gənc istedadlar" breyn-rinq bilik yarışının beşinci mərhələsi keçirilid. “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planına əsasən bölgənin (yaşayış məntəqəsinin) tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri haqqında şagirdlərdə məlumatlılığın artırılması məqsədilə yarışın bu mərhələ Bakıya həsr olunmuşdur. Məktəblilər Bakı haqqında hazırlanmış sualları cavablandırdıqdan sonra bütün komandalara fəal iştirakına görə "Diplom"lar təqdim olundu.