“Kiçik Akademiya”nın loqotipi seçildi

Aprelin 23-də məktəbin illik Fəaliyyət Planının 1.1.1.14-cü bəndinə uyğun olaraq “Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialının üzə çıxarılması, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətinin istiqamətləndirilməsi, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünya görüşünün inkişaf etdirilməsi, şagirdlərin yerli və beynəlxalq olimpiadalara hazırlığı məqsəilə Aidə Eyvazovanın rəhbərliyi altında “Kiçik Akademiya”nın üzvləri ilə müzakirələr aparılıb . ŞMC-nin üzvləri 8“Ç”sinif şagirdlərinin təqdimatı ilə tanış oldular. 8“Ç”sinif şagirdi Sadıqov Alim Kompyuter proqramı mövzusunda təqdimatını görüş iştirakçılarının nəzərinə çatdırmışdır. Təqdimatın hazırlanmasında Məmmədov Osman və Bağırov Heydər Alimə kömək etmişdilər. Məktəbimizdə “Kiçik Akademiya”nın yaradılması ilə əlaqədar ŞMC-nin üzvləri birlikdə loqotiplər seçdi. 8”B” sinif şagirdlərinin hazırladığı maket formalı loqotip məqsədəuyğun hesab edilmişdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi