Milli Məclisin üzvü Sevinc Fətəliyeva şagirdlərlə görüş keçirdi
Aprelin 22-də Milli Məclisin üzvü deputat Sevinc Fətəliyeva 23 Aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”münasibətilə məktəbimizdə şagirdlərlə görüş keçirdi. Görüş zamanı deputat Sevinc Fətəliyeva internetin faydalı və zərərli tərəfindən söhbət açaraq şagirdlərin bu haqda və mütaliyə ilə bağlı suallarını cavablandırdı. Görüşün sonunda müzakirələrdə fəal iştirak edən şagirdlərə Sevinc xanım tərəfindən kitablarlar hədiyyə olundu. Görüşdə YAP Suraxanı rayon təşkilatının Gənclər Birliyinin üzvləri və 118, 315 nömrəli tam orta məktəblərin şagirdləri də iştirak edirdi.