Kimyəvi elementlərin dövri sistemi-150

Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Aprel ayı məktəbdə kimya-biologiya aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Aylığın tədbirlər planına uyğun olaraq aprelin 18-də məktəbin kimya müəllimləri Elvira Rubtsovanın təşkilatçılığı ilə 5"Ç", 8"C", 8"Ç", 8"D", 9"C", 9"Ç", 9"D" və 10"C" sinif şagirdlərinin iştirakı ilə 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev tərfindən yaradılan elementlərin dövri sisteminə həsr olunmuş "Kimyəvi elementlərin dövri sistemi-150" adlı əyləncəli bədii-viktorina keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi