"Hər bir uşaq istedadlıdır" layihəmizin daha bir iştirakçısı təqdim edildi

Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.6-cı bəndinə və məktəbin illik Fəaliyyət Planının 1.3.6-cı bəndinə uyğun olaraq Xüsusi qabiliyyət tələb olunan (incəsənət, musiqi, idman və s.) sahələrdə istedadı ilə fərqlənən uşaq və yeniyetmələrin aşkara çıxarılması, onların istedadının inkişaf etdirilməsinə hərtərəfli şəraitin yaradılması istiqamətində işlərin gücləndirilməsi məqsədilə məktəbimizdə "Hər bir uşaq istedadlıdır" adlı layihəyə start verilmişdir. Nəzərə alınmışdır ki, layihə çərçivəsində hər həftə məktəbdə oxuyan istedadlı uşaqlarla onların uğur yolu ilə bağlı müsahibələr alınsın və həmin şagirdlər bütün məktəblilərə tanıdılsın. Layihəmizin növbəti iştirakçısını təqdim edirik.
1.Özünü təqdim et ?
-İsmayılov Əhliman Mehman oğlu 2008-ci ildə Bakı şəhərində anadan olmuşam.
2.İdmanın hansı növü ilə məşğul olursan ?
- Cüdo ilə məşğul oluram.
3.Bu sahəyə maraq necə oldu yarandı səndə ?
- Böyüklərdən həmişə ” İdman sağlamlıqdır ” deyə eşidirdim. Özümün də idmana böyük həvəsim var idi. Atam məni idman kursuna apardı.
4. Harada məşq edirsən ? Məşqçin kimdir ?
- “ HƏDƏF KURSU “nda məşq edirəm. Məşqçim Telman Əhmədlidir.
5. Neçə ildir ki, idmanın bu növü ilə məşğul olursan ?
- Artıq 2 ildir ki, Cüdo ilə məşğul oluram.
6.İştirakçısı olduğun ölkədaxili və beynəlxalq yarışlar ?
- Qəbələdə, İsmayıllıda, Kürdəxanıda keçirilən yarışlarda iştirak etmişəm.
7. Gələcəyinlə bağlı arzuların ?
- Həm idman ,həm də təhsil sahəsində daha böyük nailiyyətlər qazanmaq istəyirəm.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi