İmadəddin Nəsimiyə həsr olunmuş sinif saatları
“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış məktəbin İş Planına və "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illik yubileyinin keçirilməsi barədə" Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına əsasən hazırlanmış məktəbin Tədbirlər Planına muvafiq olaraq Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar dahi şairin həyatı və yaradıcılığına, poetik düşüncələrinə, elmi-fəlsəfi görüşlərinə həsr olunmuş tədbirlərin təşkili məqsədilə aprel ayı məktəbdə "Nəsimi ayı" elan olunmuşdur. Aylığın Tədbirlər Planına uyğun olaraq aprelin 8-də 4"A" sinfində sinif müəllimi Aybəniz Heydərova Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş sinif saatı keçmişdi. Şagirdlərə Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı haqqında məlumatlar verilmişdir.