"Hər bir uşaq istedadlıdır" layihəmiz davam edir

Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.6-cı bəndinə və məktəbin illik Fəaliyyət Planının 1.3.6-cı bəndinə uyğun olaraq Xüsusi qabiliyyət tələb olunan (incəsənət, musiqi, idman və s.) sahələrdə istedadı ilə fərqlənən uşaq və yeniyetmələrin aşkara çıxarılması, onların istedadının inkişaf etdirilməsinə hərtərəfli şəraitin yaradılması istiqamətində işlərin gücləndirilməsi məqsədilə məktəbimizdə "Hər bir uşaq istedadlıdır" adlı layihəyə start verilmişdir. Nəzərə alınmışdır ki, layihə çərçivəsində hər həftə məktəbdə oxuyan istedadlı uşaqlarla onların uğur yolu ilə bağlı müsahibələr alınsın və həmin şagirdlər bütün məktəblilərə tanıdılsın. Layihəmizin növbəti iştirakçısını təqdim edirik.
1.Özünü təqdim et ?
- Gənciyeva İlhamə İlham qızı.
2.İdmanın hansı növü ilə məşğul olursan ?
-Kapoeyra ilə məşğul oluram.
3.Bu sahəyə maraq necə oldu yarandı?
-Sinif yoldaşlarım Kapoeyra kursuna gedirdilər. Onlar o qədər həvəslə danışırdılar ki, məndə də həvəs oyandı. Beləcə valdeyinlərim məni də Kapoeyra kursuna apardılar.
4.Harda məşğul olursan? Müəllimin kimdi ?
- Yeni Yasamalda “AZƏRBAYCAN KAPOEYRA FEDERASİYASI”nda məşq edirəm. Müəllimim Elsevər Heydərovdur.
5. Nə qədər vaxtdır ki, Kapoeyra ilə məşğul olursan?
-6 aydır ki, Kapoeyra ilə məşğul oluram.
6. İştirakçısı olduğun ölkədaxili və beynəlxalq yarışlar?
-17.11.2018-ci il YAŞIL kəmər
-17.02.2019-cu il III yer
7.Gələcəyinlə bağlı arzuların?
- Gələcəkdə həm idman sahəsində, həm də təhsil sahəsində daha böyük nailiyyətlər əldə etmək istəyirəm.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi