Mülki müdafiə günü keçirilir
2019-cu il üçün 76 nömrəli tam orta məktəbin "Mülki müdafiə üzrə Tədbirlər Planı"na uyğun olaraq 5 aprel məktəbimizdə "MM günü"nün keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə aprelin 5-də Suraxanı rayonu üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin və FHN-nin əməkdaşları məktəbimizdə 2,5,6-cı siniflərdə tədris olunan mülki müdafiə dərslərinin vəziyyəti ilə tanış olmuş, şagirdlərlə maarifləndirici söhbət aparmışdılar.