Aprel döyüşlərinin ildönümü qeyd olundu
Məktəbin illik Fəaliyyət Planının 1.3.22-ci bəndinə uyğun olıaraq 2016-cı il , aprel döyüşlərində şəhid olan əsgərlərimizin anılması, ordumuzun qüdrətinin təbliği məqsədilə aprelin 5-də sinif müəllimləri Aybəniz Heydərovanın və Təranə Cəfərovanın təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirdə şagirdlərin ifasında qəhrəman ordumuzun şərəfinə şeirlər və mahnılar səsləndi. Sonda çıxış edən məktəbin direktoru N.Quliyev “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”
Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planının 3.1.9-cu bəndinə uyğun olaraq Ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması təcrübəsinin tətbiqi mqəsədilə təklif etdi ki, məktəbin 4"A" sinfi 2016-cı ildə Aprel döyüşləri zamanı ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin üzvü, "Azərbaycan Bayrağı" ordenli Təbriz Musazadənin şərəfinə "Təbriz" sinfi, 4"C" sinfi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə "Mübariz" sinfi, 4"Ə" sinfi isə Hərbi Hava Qüvvələrinin mayoru, 2016-cı ildə Aprel döyüşləri zamanı ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin üzvü, "Azərbaycan Bayrağı" ordenli Urfan Vəlizadənin şərəfinə "Urfan" sinfi adlandırılsın. Təklif müəlimlər, valideynlər və şagirdlər tərəfindən müsbət qarşılanaraq qəbul olundu.