“Kiçik Akademiya”nın üzvləri ilə müzakirələr aparılır
Aprelin 2-də məktəbin illik Fəaliyyət Planının 1.1.1.14-cü bəndinə uyğun olaraq “Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialının üzə çıxarılması, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətinin istiqamətləndirilməsi, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünya görüşünün inkişaf etdirilməsi, şagirdlərin yerli və beynəlxalq olimpiadalara hazırlığı məqsəilə “Kiçik Akademiya”nın üzvləri ilə müzakirələr aparılıb.