Buraxılış siniflərində aparılmış diaqnostik qiymətləndirmənin nəticələri təhlil olunur
Məktəbin illik Fəaliyyət planının 1.1.3.3 və 1.1.3.7-ci bəndlərinə uyğun olaraq buraxılış siniflərinin ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə şagirdlərin bilik, bacarıq, vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin pedaqoji – psixoloji cəhətdən buraxılış imtahanlarına hazırlığının təmin edilməsi məqsədi ilə BŞTİ tərəfindən mart ayında 9-cu siniflərdə diaqnostik qiymətləndirmə keçirilmişdir. Qiymətləndirmə buraxılış imtahanlarının ikinci mərhələsinə uyğun aparılmışdır. Aprelin 3-də fənn müəllimlərinin və şagirdlərin iştirakı ilə diaqnostik qiymətləndirmənin nəticələri təhlil olundu. Zəif nəticə göstərən şagirdlərlə gələcəkdə görüləcək işlər müzakirə edildi.