"Hər bir uşaq istedadlıdır" layihəmiz davam edir
Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.6-cı bəndinə və məktəbin illik Fəaliyyət Planının 1.3.6-cı bəndinə uyğun olaraq Xüsusi qabiliyyət tələb olunan (incəsənət, musiqi, idman və s.) sahələrdə istedadı ilə fərqlənən uşaq və yeniyetmələrin aşkara çıxarılması, onların istedadının inkişaf etdirilməsinə hərtərəfli şəraitin yaradılması istiqamətində işlərin gücləndirilməsi məqsədilə məktəbimizdə "Hər bir uşaq istedadlıdır" adlı layihəyə start verilmişdir. Nəzərə alınmışdır ki, layihə çərçivəsində hər həftə məktəbdə oxuyan istedadlı uşaqlarla onların uğur yolu ilə bağlı müsahibələr alınsın və həmin şagirdlər bütün məktəblilərə tanıdılsın. Layihəmizin növbəti iştirakçısını təqdim edirik.
1.Özünü təqdim et
-Aslanov Əli Rafael oğlu 2009-cu ildə Bakı şəhərində anadan olmuşam.
2.İdmanın hansı növü ilə məşğul olursan?
-Cüdo ilə məşğul oluram.
3.Bu sahəyə maraq necə oldu yarandı?
-İdmana böyük marağım var idi. Atam məni cüdo üzrə idmana apardı.
4.Harda məşq edirsən? Məşqçin kimdi?
-Hövsanda “HÖVSAN İDMAN KOMPLEKSİ “ndə məşq edirəm. Məşqçim Fərəc Aləkbərzadədir.
5.Neçə ildir ki, bu idman növü ilə məşğul olursan ?
-Artıq 4 ildir ki, cüdo ilə məşğul oluram.
6.Bu illər ərzində hansı nailiyyətlər qazanmısan?
-4 il ərzində 12 diplom və 11 medalla mükafatlandırılmışam.
7.İştirakçısı olduğun ölkədaxili və beynəlxalq yarışlar ?
-24.01.2016-cı il-II yer
15.06.2017-ci il-III yer
24.06.2017-ci il- III yer
24.09.2017-ci il-II yer
01.10.2017-ci il I yer
12.11.2017-ci il-II yer
26.11.2017-ci il-III yer
21.04.2018-ci il-I yer
10.05.2018-ci il-II yer
11.11.2018-ci il-II yer
17.03.2019-cu il-II yer
8.Gələcəyinlə bağlı hansı arzuların var?
-Cüdo üzrə daha yüksək nailiyyətlər qazanmaq istəyirəm. Ölkəmizin bayrağını daha yüksək zirvələrə qaldırmaq istəyirəm.