"Hər bir uşaq istedadlıdır" layihəmizin daha bir iştitakçısı
Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.6-cı bəndinə və məktəbin illik Fəaliyyət Planının 1.3.6-cı bəndinə uyğun olaraq Xüsusi qabiliyyət tələb olunan (incəsənət, musiqi, idman və s.) sahələrdə istedadı ilə fərqlənən uşaq və yeniyetmələrin aşkara çıxarılması, onların istedadının inkişaf etdirilməsinə hərtərəfli şəraitin yaradılması istiqamətində işlərin gücləndirilməsi məqsədilə məktəbimizdə "Hər bir uşaq istedadlıdır" adlı layihəyə start verilmişdir. Nəzərə alınmışdır ki, layihə çərçivəsində hər həftə məktəbdə oxuyan istedadlı uşaqlarla onların uğur yolu ilə bağlı müsahibələr alınsın və həmin şagirdlər bütün məktəblilərə tanıdılsın. Layihəmizin növbəti iştirakçısını təqdim edirik.
1.Özünü təqdim et.
-Hüseynov Samir Aydın oğlu .
2.İdmanın hansı növü ilə məşğul olursan?
-Qılıncoynatma ilə məşğul oluram.
3. Qılıncoynatmaya maraq necə oldu yarandı?
-Televiziyada gorəndə maraqlı gəldi. Babam məndəki bu həvəsi görüb məni kursa apardı.
4. Harda məşq edirsən? Məşqçin kimdir?
“ Neftçi ”idman klubunda məşq edirəm, müəllimim Məmmədov Rövşəndir.
5. Neçə ildir ki, məşğul olursan?
-3 ildir Qılıncoynatma ilə məşğul oluram.
6. Bu illər ərzində hansı nailiyyətlər qazanmısan?
- Kiçik yeniyetmələr arasında 7 saylı uşaq idman məktəbinin acıq turniri I yer
- Kiçik yeniyetmələr arasında 13 saylı uşaq idman məktəbinin acıq turniri III yer
- Kiçik yeniyetmələr arasında “ Yeni il bayramı ” münasibəti ilə yoldaşlıq görüşü III yer
- Gürcustanın Tibilisi şəhərində təlim-məşq və yoldaşlıq görüşünə gorə fəal idmançı olduğuma görə fəxri diplomla təltif olunmuşam.
7. Gələcəyinlə bağlı arzuların?
- Azərbaycanı hər zaman təmsil etmək, gələcəkdə birinci yeri olimpiya oyunlarında tutmaq. Mən fəxr edirəm ki, mən Azərbaycanı təmsil etmək arzusundayam. Hər zaman q