"Hər bir uşaq istedadlıdır" layihəmizdə yeni istedadlı şagirdimiz
Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.6-cı bəndinə və məktəbin illik Fəaliyyət Planının 1.3.6-cı bəndinə uyğun olaraq Xüsusi qabiliyyət tələb olunan (incəsənət, musiqi, idman və s.) sahələrdə istedadı ilə fərqlənən uşaq və yeniyetmələrin aşkara çıxarılması, onların istedadının inkişaf etdirilməsinə hərtərəfli şəraitin yaradılması istiqamətində işlərin gücləndirilməsi məqsədilə məktəbimizdə "Hər bir uşaq istedadlıdır" adlı layihəyə start verilmişdir. Nəzərə alınmışdır ki, layihə çərçivəsində hər həftə məktəbdə oxuyan istedadlı uşaqlarla onların uğur yolu ilə bağlı müsahibələr alınsın və həmin şagirdlər bütün məktəblilərə tanıdılsın. Layihəmizin növbəti iştirakçısını təqdim edirik.
1.Özünü təqdim et.
-Məmmədova Ruzanna Səxavət qızı, 2006-cı ildə Masallı rayonunda anadan olmuşam.
2.İdmanın hansı növü ilə məşğul olursan?
-Sərbəst güləş ilə məşğul oluram.
3.Sərbəst güləşə maraq necə oldu yarandı?
-5 yaşında ikən idmana böyük marağım var idi. Atam məndəki bu marağı görüb məni sərbəst güləşə apardı.
4.Harda məşq edirsən? Məşqçin kimdir?
-Hövsanda “HÖVSAN İDMAN KOMPLEKSİ”ndə məşq edirəm.Məşqçim Valeh İsmayılovdur. Eyni zamanda Azərbaycanın yığma komandasının üzvüyəm.
5.Neçə ildir ki, sərbəst güləşlə məşğul olursan?
- 7 ildir sərbəst güləşlə məşğul oluram.
6.Bu illər ərzində hansı nailiyyətlər qazanmısan?
- 7 il ərzində 19 medal, 22 diplomla və Suraxanı Rayonu İcra Hakimiyyətinin Başçısı tərəfindən mükafatlandırılmışam.
7.İştirakçısı olduğun ölkədaxili və beynəlxalq yarışlar?
-16.02.2014-cü ildə (23 kq)- I yer
23.02.2014-cü ildə (23 kq) –II yer
27.04.2014-cü ildə ( 26kq) –I yer
04.05.2014-cü ildə (23 kq) –ı yer
07.11.2015-ci ildə (29 kq) –I yer
14.02.2016-cı ildə (26 kq) –I yer
15.05.2016-cı ildə (29 kq) –I yer
13.11.2016-cı ildə (29 kq) –I yer
16-17.04.2017-ci ildə (32 kq) –I yer
14.10.2017-ci ildə ( 38 kq) –II yer
22.10.2017-ci ildə (32 kq) –I yer
26.11.2017-ci ildə (35 kq)- III yer
22.04.2018-ci ildə (35 kq) –III yer
06.05.2018-ci ildə (35 kq) –II yer
02.11.2018-ci ildə (35 kq) –II yer
30.01.2019-cu ildə (38 kq) –I yer
8.Gələcəyinlə bağlı arzuların?
-Ən böyük hədəfim Olimpiya çempionu olub doğma yurdum Azərbaycanı dünyada ucaltmaqdır.