"Xocalıya gedən yol" mövzusunda dəyirmi masalar və sinif saatları keçirilir
Məktəbin illik Fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi" ilə bağlı hazırlanmış tədbirlər planına əsasən silsilə tədbirlərimiz davam edir. Tədbirlər planına müvafiq olaraq fevralın 26-da 2"D" və 7"Ç" siniflərində "Xocalıya gedən yol" mövzusunda sinif rəhbərləri Səbinə Aydəmirova və Şirmayixanım Səfərova sinif saatları keçmişdir.