Bu gün məktəbimizdə ilk dərslər Xocalı faciəsinin iyirmi yeddinci ildönümünə həsr olunub
Məktəbin illik Fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi" ilə bağlı hazırlanmış tədbirlər planına əsasən silsilə tədbirlərimiz davam edir. Tədbirlər planına müvafiq olaraq fevralın 26-da bütün siniflərdə ilk dərslərdə faciə qurbanları bir dəqiqəlik sükutla yad edilib, müəllimlər Xocalı soyqırımı ilə bağlı şagirdlərə məlumatlar veriblər. Uşaqlar hazırladıqları referatları və şeirləri təqdim ediblər.