"Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya keçirildi
Məktəbin illik Fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi" ilə bağlı hazırlanmış tədbirlər planına əsasən silsilə tədbirlərimiz davam edir. Tədbirlər planına müvafiq olaraq fevralın 25-də məktəbin tarix müəllimi Nigar Bayramovanın rəhbərliyi ilə Xocalı soyqırımına həsr olunmuş "Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya keçirildi.