Xocalı soyqırımına həsr olunmuş stendlər və divar qəzetləri hazırlanmışdır
Məktəbin illik Fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi" ilə bağlı hazırlanmış tədbirlər planına əsasən silsilə tədbirlərimiz davam edir. Tədbirlər planına müvafiq olaraq şagirdlər tərəfindən Xocalı soyqırımına həsr olunmuş stendlər və divar qəzetləri hazırlanmışdır.