"Kİtabların yubileyi" adlı ədəbi-bədii kompozisiya keçirildi

Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Fevral ayı məktəbdə ana dili aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Həm 21 Fevral Beynəlxalq Ana dili günü münasibətilə, həm də aylığın tədbirlər planına uyğun olaraq fevralın 22-də məktəbin rus bölməsi üzrə rus dili və ədəbiyyat müəllimləri Yelena Arslanova, Elnarə Məmmədova, Zarina Hüseynova, Zöhrə Əliyeva, Rəqsanə Tağıyeva və Aynurə Hüseynovanın təşkilatçılığı ilə "Kİtabların yubileyi" adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə şagirdlər Nikitinin "Üç dəniz arasında", i. A. Krılovun "Canavar və quzu", "Qarğa və tülkü", A. S. Puşkinin "Qaraçılar", "Dənizlə söhbət", Lermontovun "Mtsıri", L. N. Tolstoyun "Hərb və sülh", M. Cəlalın "Bir gəncin manifesti", Blokun "Gözəl qadın haqqında şeirləri" adlı əsərlərdən parçalar ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi