BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

22 fevral 2016 cı il tarixdə 76 saylı tam orta məktəbdə beynəlxalq ana dili günü keçirildi.Bu günlə əlaqədar məktəbdəbimizin şagirdləri Dərbəndəlizadə Nərmin, Süleymanzadə Sürəyya radiyo qovşağından ana dili haqqında şerlər söylədilər. Ana dili hər bir xalqın, millətin varlığıdır. Hər xalqın öz dili var. Dövlət dilimiz olan Azərbaycan dili zaman-zaman inkişaf edib, zənginləşən dillərdən biridir. Dil millətin həyat tərzi, mədəni irsidir. Bunu tarix sübut edir. Bu mənada tarix boyu müxtəlif təcavüzlərə məruz qalsa da, ana dilimiz özünəməxsusluğunu qoruyub saxlayıb.Ana dili hər bir xalqın mənəviyyatının güzgüsü, dünyanın ümumi mədəniyyətinin tərkib hissəsi, mənəvi diriliyidir. Dil elə bir ünsiyyət vasitəsidir ki, başqa dillərdə yaranmış mədəniyyətləri də özündə birləşdirir. Milli liderimiz, uzaqgörən şəxsiyyət H.Əliyevin də dilimizə olan münasibətini xüsusilə vurğulamaq lazımdır. O, ana dilinin saflığının qorunması üçün mühüm işlər görürdü. Müdrik rəhbərin diqqət və qayğısı nəticəsində hələ Sovet dönəmində Azərbaycan dili ölkəmizdə dövlət dilinə çevrilmişdi. Milli lider ana dili haqqında deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir”. Ana dilinin statusunun özünə qaytarılması məhz milli liderin adı ilə bağlıdır. Bu mənada onun 2001-ci ilin 9 avqustunda imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmana əsasən hər il 1 avqust Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu tarixi sənəd ana dilinin mövcudluğuna yeni nəfəs, yüksəliş verdi. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dilimizə və dilçiliyimizə böyük qayğı göstərir.