"Hər bir uşaq istedadlıdır" layihəmiz davam edir
Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.6-cı bəndinə və məktəbin illik Fəaliyyət Planının 1.3.6-cı bəndinə uyğun olaraq Xüsusi qabiliyyət tələb olunan (incəsənət, musiqi, idman və s.) sahələrdə istedadı ilə fərqlənən uşaq və yeniyetmələrin aşkara çıxarılması, onların istedadının inkişaf etdirilməsinə hərtərəfli şəraitin yaradılması istiqamətində işlərin gücləndirilməsi məqsədilə məktəbimizdə "Hər bir uşaq istedadlıdır" adlı layihəyə start verilmişdir. Nəzərə alınmışdır ki, layihə çərçivəsində hər həftə məktəbdə oxuyan istedadlı uşaqlarla onların uğur yolu ilə bağlı müsahibələr alınsın və həmin şagirdlər bütün məktəblilərə tanıdılsın. Layihəmizin növbəti iştirakçısını təqdim edirik.
1.Özünü təqdim et.
-Nurəhməd Təbriz Rüstəm oğlu 2006-cı ildə Bakı şəhərində anadan olmuşam.
2.Hansı idman növü ilə məşğul olursan?
-Şahmat ilə məşğul oluram. Məntiq-riyaziyyat ilə maraqlanıram.
3.Bu sahəyə maraq necə oldu yarandı?
-Şahmat marağını ilk dəfə məndə atam yaradıb . Məntiq-riyaziyyat sahəsində uğurlarımda ibtidai sinif müəllimim Alidə müəllimin və hal-hazırda sinif rəhbərim olan Mehparə müəllimin böyük rolu var.
4.Harda məşğul olursan? Müəllimin kimdir?
- Ağ At şahmat kulubuna gedirəm. İlk müəllimim Nizami müəllim olub. Daha sonra isə üzərimdə İbrahim müəllim və Arif müəllimin böyük əməyi olub. Hal-hazırda isə Azərbaycanın güclü qrossmeysteri Fərid Abbasovun tələbəsiyəm.
5.Neçə ildir ki, bu sahələr üzrə məşğul olursan?
- 5 ildir ki, şahmat ilə məşğul oluram.
6. 5 il ərzində hansı nailiyyətlər qazanmısan?
- 5 il ərzində həm şahmat, həm də riyaziyyat-məntiq üzrə 9 medal , 22 diplom və 1 kubokla mükafatlandırılmışam. Ən böyük uğurum məntiq üzrə 06.03.2018-ci ildə Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasında Respublika üzrə III yeri, 28.12.2018-ci ildə Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasında Respublika üzrə II yeri , 05.10.2018-ci ildə Məktəblilərarası IV fənn müsabiqəsində Respublika üzrə Riyaziyyat fənni üzrə III yeri qazanmışam. 1-ci dərəcəli şahmatçıyam. Hal-hazırda beynəlxalq reytinqimi artırmağa çalışıram.
7.İştirakçısı olduğun ölkədaxili və beynəlxalq yarışlar?
15.06.2012-ci il III yer (şahmat)
14.02.2016-cı il III yer (məntiq)
03.04.2017-ci il III yer(şahmat)
15.10.2017-ci il I yer (məntiq)
11.03.2018-ci il 460 bal
01.04.2018-ci il 410 bal
15.04.2018-ci il 420 bal
17.04.2018-ci il 87 bal (məntiq)
06.05.2018-ci il III yer (məntiq)
13.05.2018-ci il II yer
22.05.2018-ci il II yer (şahmat)
23.05.2018-ci il 87 bal
23.12.2018-ci il II yer (şahmat)
8.Gələcəyinlə bağlı arzuların?
-Gələcəkdə şahmatı davam elətdirmək, beynəlxalq qrossmeyster olub Azərbaycanı layiqincə dünyada təmsil etmək istəyirəm.