Klassizmin Avropa və rus ədəbiyyatında rolu
Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Fevral ayı məktəbdə ana dili aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Aylığın tədbirlər planına uyğun olaraq fevralın 21-də məktəbin rus bölməsi üzrə rus dili və ədəbiyyat müəllimi İrina Vasilyevnanın təşkilatçılığı ilə 10 "B" sinif şagirdlərinin təqdimatında "Klassizm ədəbi cərəyanının Avropa və rus ədəbiyyatında rolu" adlı ədəbi-bədii kompozisiya keçirildi.