Nümunəvi dərslər keçirilir
Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Fevral ayı məktəbdə ana dili aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Aylığın tədbirlər planına uyğun olaraq fevralın 15-də məktəbin rus bölməsi üzrə rus dili və ədəbiyyat müəllimi Aynurə Hüseynova 6 "Ç" sinfində ədəbiyyat fənnindən Rəsul Rzanın "Qarabağ" əsəri mövzusunda nümunəvi dərs keçmişdir. Dərsdə məktəb rəhbərliyi və metodbirləşmə üzvləri iştirak edirdilər.