"Hər bir uşaq istedadlıdır" layihəmizin daha bir iştirakçısı

          Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.6-cı bəndinə və məktəbin illik Fəaliyyət Planının 1.3.6-cı bəndinə uyğun olaraq Xüsusi qabiliyyət tələb olunan (incəsənət, musiqi, idman və s.) sahələrdə istedadı ilə fərqlənən uşaq və yeniyetmələrin aşkara çıxarılması, onların istedadının inkişaf etdirilməsinə hərtərəfli şəraitin yaradılması istiqamətində işlərin gücləndirilməsi məqsədilə məktəbimizdə "Hər bir uşaq istedadlıdır" adlı layihəyə start verilmişdir. Nəzərə alınmışdır ki, layihə çərçivəsində hər həftə məktəbdə oxuyan istedadlı uşaqlarla onların uğur yolu ilə bağlı müsahibələr alınsın və həmin şagirdlər bütün məktəblilərə tanıdılsın. Layihəmizin növbəti iştirakçısını təqdim edirik.
1.Özünü təqdim et.
-Rəhimov Ruslan Rafiq oğlu 2005-ci ildə Novosbirskaya şəhərində anadan olmuşam.
2.Hansı idman növü ilə məşğul olursan?
-YUNAN-ROMA güləşi ilə məşğul oluram.
3.Bu sahəyə maraq necə oldu yarandı?
-İdmana böyük marağım var idi. Vaxtım olduqca məşqlərə baxırdım. YUNAN-ROMA güləşinə baxdıqca daha da həvəsim artdı.
4.Harda məşğul olursan? Müəllimin kimdir?
-“HÖVSAN İDMAN KOMPLEKSİ”ndə məşq edirəm. Məşqçim Xanlar müəllimdir.
5.Neçə ildir ki, YUNAN-ROMA güləşi ilə məşğul olursan?
- Artıq 8 ilə yaxındır, YUNAN-ROMA güləşi ilə ilə məşğul oluram.
6.Bu illər ərzində hansı nailiyyətlər qazanmısan?
- Bu illər ərzində 7 medal və 15 diplomla mükafatlandırılmışam.
7.İştirakçısı olduğun ölkədaxili və beynəlxalq yarışlar?
06.05.2012-ci il III yer (Bedskaya şəh)
21.12.2012-ci il III yer (Bedskaya şəh)
24.04.2013-cü il III yer (Bedskaya şəh)
16.11.2013-cü il II yer (Novosbirskaya şəh)
14.12.2013-cü il III yer (Bedskaya şəh) 
23.05.2015-ci il III yer (Bedskaya şəh)
30.05.2015-ci il III yer (Novosbirskaya şəh)
29.11.2015-ci il II yer (Bedskaya şəh)
22.05.2016-cı il III yer (Bedskaya şəh)
21.01.2017-ci il III yer (Bedskaya şəh)
12.01.2018-ci il II yer (Bedskaya şəh)
8.Gələcəyinlə bağlı arzuların?
-Dünya çempionu olmaq istəyərəm. Bayrağımızı daha yüksək zirvələrə qaldırmaq istəyirəm.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi