Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçirilir
Məktəblilərin kimya elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri-təcrübi biliklərinin təkmilləşdirilməsi, şagirdlərin praktik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlarının üzə çıxarılması və BŞTİ-nin bu haqda müvafiq əmrinin icrasını təmin etmək məqsədi ilə fevralın 13-də məktəbdə "Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi"nin məktəb mərhələsi keçirildi. Qeyd edək ki, Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi Bakı şəhər məktəblərinin 9-11-ci sinif
şagirdləri arasında keçirilir. Hər bir məktəbin komandası öz məktəbində oyunlara cəlb olunur. Bu mərhələdən
qalib çıxan komanda rayon mərhələsində iştirak etmək hüququ qazanır. Rayon mərhələsində hər rayon üzrə I yeri qazanmış komanda şəhər turunda iştirak üçün
vəsiqə qazanır.