"Qeyri-rəsmi nikah və bu tip nikahların qarşısının alınması" mövzusunda maarifləndirici tədbir keçirildi
Fevralın 12-də məktəbimizdə 270 və 281 nömrəli tam orta məktəblərin şagirdlərinin də iştirakı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə "Qeyri-rəsmi nikah və bu tip nikahların qarşısının alınması" mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə Suraxanı Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru polis mayoru Namiq Abbasov, RİH-nin əməkdaşı Anar Hüseynov, Suraxanı rayon qeydiyyat şöbəsinin rəisi İradə Kazımova, Rayon qadın məsləhətxanasının müdiri Rəna Kürdova, qadın məsləhətxanasının əməkdaşı Afaq Məmmədova və 16 saylı uşaq poliklinikasının həkimi Yazilə Qasımova iştirak edirdi.