"Hər bir uşaq istedadlıdır" layihəmiz ikinci yarımildə də davam edir
Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.6-cı bəndinə və məktəbin illik Fəaliyyət Planının 1.3.6-cı bəndinə uyğun olaraq Xüsusi qabiliyyət tələb olunan (incəsənət, musiqi, idman və s.) sahələrdə istedadı ilə fərqlənən uşaq və yeniyetmələrin aşkara çıxarılması, onların istedadının inkişaf etdirilməsinə hərtərəfli şəraitin yaradılması istiqamətində işlərin gücləndirilməsi məqsədilə məktəbimizdə "Hər bir uşaq istedadlıdır" adlı layihəyə start verilmişdir. Nəzərə alınmışdır ki, layihə çərçivəsində hər həftə məktəbdə oxuyan istedadlı uşaqlarla onların uğur yolu ilə bağlı müsahibələr alınsın və həmin şagirdlər bütün məktəblilərə tanıdılsın. Layihəmizin növbəti iştirakçısını təqdim edirik.
1.Özünü təqdim et.
-İsmayılov Elvin Elnur oğlu 2008-ci ildə Moskva şəhərində anadan olmuşam.
2.Hansı idman növü ilə məşğul olursan?
-Boks ilə məşğul oluram.
3.Bu sahəyə maraq necə oldu yarandı?
-Çöldə oynayərkən uşaqlar məni incidirdilər və mən güclü olmaq qərarına gəldim. Anam məni boksa apardı.
4.Harada məşğul olursan? Müəllimin kimdir?
-Suraxanıda yerləşən “SURAXANI NEFTÇİ KLUBU”-nda məşq edirəm. Məşqçim Cəmşid Qurbanovdur.
5.Neçə ildir ki, boks ilə məşğul olursan?
- 2 ildir ki, boks ilə ilə məşğul oluram.
6.Bu illər ərzində hansı nailiyyətlər qazanmısan?
- 2 il ərzində 4 medal və 4 diplomla mükafatlandırılmışam.
7.İştirakçısı olduğun ölkədaxili və beynəlxalq yarışlar?
26-27 may 2018-ci il (36kq) –I yer
8-10 iyun 2018-ci il (34 kq)-I yer
12-14 iyul 2018-ci il (36 kq)-I yer
22-23 yanvar 2018-ci il (40 kq)- I yer
8.Gələcəyinlə bağlı arzuların?
-Dünya çempionu olmaq istəyərəm.