"Hər bir uşaq istedadlıdır" layihəmizin növbəti iştirakçısı

Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.6-cı bəndinə və məktəbin illik Fəaliyyət Planının 1.3.6-cı bəndinə uyğun olaraq Xüsusi qabiliyyət tələb olunan (incəsənət, musiqi, idman və s.) sahələrdə istedadı ilə fərqlənən uşaq və yeniyetmələrin aşkara çıxarılması, onların istedadının inkişaf etdirilməsinə hərtərəfli şəraitin yaradılması istiqamətində işlərin gücləndirilməsi məqsədilə məktəbimizdə "Hər bir uşaq istedadlıdır" adlı layihəyə start verilmişdir. Nəzərə alınmışdır ki, layihə çərçivəsində hər həftə məktəbdə oxuyan istedadlı uşaqlarla onların uğur yolu ilə bağlı müsahibələr alınsın və həmin şagirdlər bütün məktəblilərə tanıdılsın. Layihəmizin növbəti iştirakçısını təqdim edirik.
1.Özünü təqdim et.
-Xəlilova Elvira Yaşar qızı, 2004-cü ildə Bakı şəhərində anadan olmuşam.
2.İdmanın hansı növü ilə məşğul olursan?
-Voleybol ilə məşğul oluram.
3.Voleybola maraq necə oldu yarandı?
-Televiziyada qızlar voleybol oynayanda maraqla baxırdım. Valdeyinlərim məndə bu həvəsi görüb voleybola yazdırdılar.
4.Harda məşq edirsən? Məşqçin kimdir?
-Köhnə Günəşlidə idman məktəbində məşq edirik. Məşqçim Tatyana Korjovadır. 
5.Neçə ildir ki, voleybolla məşğul olursan?
- 1il 6aydırki,voleybolla məşğul oluram.
6.Bu illər ərzində hansı nailiyyətlər qazanmısan?
- 1 il 6 ay ərzində 1 medal və 15 diplomla mükafatlandırılmışam.
7.İştirakçısı olduğun ölkədaxili və beynəlxalq yarışlar?
Gəncə, Biləsuvar, Xaçmaz, Quba rayonlarında keçrilən idman yarışlarında iştirak etmişəm.
8.Gələcəyinlə bağlı arzuların?
-Daha böyük nailiyyətlər qazanmaq istəyirəm.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi