20 Yanvar şəhidlərinə həsr olunmuş sinif saatı

Məktəbin illik Fəaliyyət planının 1.3.16-cı bəndinə uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "20 Yanvar-Ümumxalq hüzn günü" ilə bağlı hazırlanmış tədbirlər planına əsasən silsilə tədbirlərimiz davam edir. Tədbirlər planına müvafiq olaraq bu həftə ərzində müxtəlif siniflərdə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş sinif saatları keçirilmişdir. Yanvarın 21-də Arifə Quliyeva 4"Ə" sinfində 20 Yanvar şəhidlərinə həsr olunmuş sinif saatı keçmişdir.