Məktəblilərin "Gənc istedadlar" breyn-rinq bilik yarışının ikinci mərhələsi keçirildi

Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.6-cı bəndinə və məktəbin Fəaliyyət Planının 1.1.1.23-cü bəndinə müvafiq olaraq ayrı-ayrı fənlər üzrə ümid verən istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil olunması, şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq qabiliyyəti, özünü təqdimetmə və kollektivi təmsil etmə qabiliyyətinin, İKT-dən istifadədə elmi bacarıqlarının üzə çıxarılması məqsədilə yanvarın 16-da 21 nömrəli tam orta məktəbdə 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin iştirakı ilə məktəblilərin "Gənc istedadlar" breyn-rinq bilik yarışının 20 Yanvar şəhidlərinin unudulmaz xatirəsinə həsr olunmuş ikinci mərhələsi keçirildi. Bu mərhələdə komandalar Azərbaycan dili, fizika, kimya fənlərindən və ümumi dünyagörüşündən biliklərini sınadılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi