Şagirdlərimizin Şəhidlər Xiyabanına ziyarəti davam edir

Məktəbin illik Fəaliyyət planının 1.3.16-cı bəndinə uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "20 Yanvar-Ümumxalq hüzn günü" ilə bağlı hazırlanmış tədbirlər planına əsasən silsilə tədbirlərimiz davam edir. Tədbirlər planına müvafiq olaraq bu həftə ərzində müxtəlif siniflərin Şəhidlər Xiyabanına ziyarəti nəzərdə tutulmuşdur. Yanvarın 11-də məktəbin tarix müəllimi Nigar Bayramova rəhbəri olduğu 7"D" sinif şagirləri ilə Şəhidlər Xiyabanını ziyarət etmişdir.