"Hər bir uşaq istedadlıdır" layihəmizin daha bir iştirakçısını təqdim edirik

Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.6-cı bəndinə və məktəbin illik Fəaliyyət Planının 1.3.6-cı bəndinə uyğun olaraq Xüsusi qabiliyyət tələb olunan (incəsənət, musiqi, idman və s.) sahələrdə istedadı ilə fərqlənən uşaq və yeniyetmələrin aşkara çıxarılması, onların istedadının inkişaf etdirilməsinə hərtərəfli şəraitin yaradılması istiqamətində işlərin gücləndirilməsi məqsədilə məktəbimizdə "Hər bir uşaq istedadlıdır" adlı layihəyə start verilmişdir. Nəzərə alınmışdır ki, layihə çərçivəsində hər həftə məktəbdə oxuyan istedadlı uşaqlarla onların uğur yolu ilə bağlı müsahibələr alınsın və həmin şagirdlər bütün məktəblilərə tanıdılsın. Layihəmizin növbəti iştirakçısını təqdim edirik.
1.Özünü təqdim et.
-Rəcəbəliyev Yusif Ayaz oğlu. 2003-cü ildə noyabr ayının 30-da Bakı şəhərində anadan olmuşam.
2.İdmanın hansı növü ilə məşğul olursan?
-Yunan-Roma güləşi ilə məşğul oluram.
3.Güləşə maraq necə oldu yarandı?
-Qohumumuz Yunan-Roma güləşi üzrə müəllim işləyirdi. Valideynlərim məndəki bu marağı görüb, məni onun məşqlərinə apardılar. Məşqlərə baxdıqca məndə güləşə daha da maraq oyandı.
4.Harda məşq edirsən? Məşqçin kimdir?
-Gənclikdə Tofiq Bəhramov stadionunun yanında İdman klubunda məşq edirəm. 3 məşqçim var. Xanlar Kərimli , Rəhim Hüseynov , İslam Bəşirlidir. 
5.Neçə ildir ki, Yunan-Roma güləşi ilə məşğul olursan?
- 5 ildir Yunan-Roma güləşi ilə məşğul oluram.
6.Bu illər ərzində hansı nailiyyətlər qazanmısan?
- 5 il ərzində 17 medal və 32 diplomla mükafatlandırılmışam.
7. İştirakçısı olduğun ölkədaxili və beynəlxalq yarışlar?
-15.11.2015-ci il (32 kq)-3-cü yer
02.01.2016-cı il (32 kq)-3-cü yer
15.02.2016-cı il (32 kq)-3-cü yer
21.05.2016-cı il (32 kq)-3-cü yer
17.06.2016-cı il (32 kq)-1-ci yer 
10.03.2017-ci il (32 kq)-3-cü yer 
06.05.2017-ci il (32 kq)-2-ci yer 
17.09.2017-ci il (32 kq)-3-cü yer 
30.08.2017-ci il (32 kq)-1-ci yer 
20.01.2018-ci il (32 kq)-3-cü yer 
15.04.2018-ci il (32 kq)-2-ci yer 
22.09.2018-ci il (32 kq)-3-cü yer 
25.11.2018-ci il (32 kq)-3-cü yer 
30.12.2018-ci il (32 kq)-1-ci yer 
8.Gələcəyinlə bağlı arzuların?
-Dünya çempionu olmaq ən böyük arzumdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi