Şagirdlərimiz Şəhidlər Xiyabanını ziyarət etdilər

Məktəbin illik Fəaliyyət planının 1.3.16-cı bəndinə uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "20 Yanvar-Ümumxalq hüzn günü" ilə bağlı hazırlanmış tədbirlər planına əsasən silsilə tədbirlərimiz davam edir. Tədbirlər planına müvafiq olaraq bu həftə ərzində müxtəlif siniflərin Şəhidlər Xiyabanına ziyarəti nəzərdə tutulmuşdur. Məktəbin ibtidai sinif müəllimi Aybəniz Heydərovanın rəhbərliyi ilə bir qrup şagirdimiz Şəhidlər Xiyabanını ziyarət etmişdilər.