Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Dekabrın 28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir. Qaliblər arasında məktəbimizin 7-ci sinif şagirdi Təbriz Nurəhmədov da var idi. Təbriz, onun müəllim və valideynlərini bir daha təbrik edirik.