"Hər bir uşaq istedadlıdır" layihəmizin daha bir iştirakçısını təqdim edirik

Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.6-cı bəndinə və məktəbin illik Fəaliyyət Planının 1.3.6-cı bəndinə uyğun olaraq Xüsusi qabiliyyət tələb olunan (incəsənət, musiqi, idman və s.) sahələrdə istedadı ilə fərqlənən uşaq və yeniyetmələrin aşkara çıxarılması, onların istedadının inkişaf etdirilməsinə hərtərəfli şəraitin yaradılması istiqamətində işlərin gücləndirilməsi məqsədilə məktəbimizdə "Hər bir uşaq istedadlıdır" adlı layihəyə start verilmişdir. Nəzərə alınmışdır ki, layihə çərçivəsində hər həftə məktəbdə oxuyan istedadlı uşaqlarla onların uğur yolu ilə bağlı müsahibələr alınsın və həmin şagirdlər bütün məktəblilərə tanıdılsın. Layihəmizin növbəti iştirakçısını təqdim edirik.
1.Özünü təqdim et.
-Əhmədov Cavid Cabir oğlu.
2.Hansı incəsənət növü ilə məşğul olursan?
-Keramika ilə məşğul oluram. Gözəl şeir demə bacarığım da var
3.Bu sənətə maraq necə oldu yarandı?
-Kiçik yaşlarimda plastilinlə oynayırdım. Plastilindən heyvanlar və başqa fiqurlar düzəldirdim. Anam məni böyük incəsənət xadimi Mir Teymur Məmmədovun qəbuluna apardı. Mir Teymur müəllim mənim əl işlərimə baxıb bəyəndi və məni lazımı istiqamətlərə yönləndirdi.
4.Harada məşğul olursan? Müəllimin kimdir?
-Bakı Oxford məktəbində keramika ilə məşğul oluram. Müəllimim İranə Məmmədovadır.
5.Neçə ildir ki, keramika ilə məşğul olursan?
- 2 ildir ki, keramika ilə məşğul oluram.
6.Bu illər ərzində hansı nailiyyətlər qazanmısan?
-Şeirə də marağım olduğu üçün məktəbdə və Suraxanı rayonunda keçirilən şeir müsabiqəsində iştirak etmişəm. 20 YANVAR FACİƏSİNİN İYİRMİ SƏKKİZİNCİ İL DÖNÜMÜNƏ HƏSR OLUNMUŞ tədbirdə 1-ci yerə layiq görülmüşəm.
28 MAY RESPUBLİKA GÜNÜ VƏ AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİNİN YARANMASININ 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ ŞEİR MÜSABİQƏSİNDƏ 2-ci yerə layiq görülmüşəm.
7.Gələcəyinlə bağlı arzuların?
-Rəssam-keramist və ya heykəltəraş olmaq istəyərəm.