"Hər bir uşaq istedadlıdır" layihəmizin bu həftəki qonağı

Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.6-cı bəndinə və məktəbin illik Fəaliyyət Planının 1.3.6-cı bəndinə uyğun olaraq Xüsusi qabiliyyət tələb olunan (incəsənət, musiqi, idman və s.) sahələrdə istedadı ilə fərqlənən uşaq və yeniyetmələrin aşkara çıxarılması, onların istedadının inkişaf etdirilməsinə hərtərəfli şəraitin yaradılması istiqamətində işlərin gücləndirilməsi məqsədilə məktəbimizdə "Hər bir uşaq istedadlıdır" adlı layihəyə start verilmişdir. Nəzərə alınmışdır ki, layihə çərçivəsində hər həftə məktəbdə oxuyan istedadlı uşaqlarla onların uğur yolu ilə bağlı müsahibələr alınsın və həmin şagirdlər bütün məktəblilərə tanıdılsın. Layihəmizin növbəti iştirakçısını təqdim edirik.
1.Özünü təqdim et.
-Məmmədova Aydan Bəşir qızı.
2.İdmanın hansı növü ilə məşğul olursan?
-Bədii gimnastika ilə məşğul oluram.
3.Gimnastikaya maraq necə oldu yarandı?
-Mən televiziyada idman proqramına baxırdım.Orada gimnastların lentlə elastik hərəkətlərinə baxdıqca məndə gimnastikaya maraq oyandı. Valideynlərim məndəki bu marağı görüb məni bədii gimnastikaya apardılar.
4.Harda məşq edirsən? Məşqçin kimdir?
-Bakıxanov qəsəbəsində yerləşən “AyUlduz” idman klubunda məşq edirəm. Məşqçim Əlfiyyə Mantovadır.
5.Neçə ildir ki, bədii gimnastika ilə məşğul olursan?
- 4 ildir bədii gimnastika ilə məşğul oluram.
6.Bu illər ərzində hansı nailiyyətlər qazanmısan?
- 4 il ərzində 39 medal və 37 diplomla mükafatlandırılmışam.
7.İştirakçısı olduğun ölkədaxili və beynəlxalq yarışlar?
-Bir çox yarışlarda iştirak etmişəm.Ən böyük nailiyyətim 18-19 noyabr 2016-cı ildə AZƏRBAYCAN RESPUBLİKASI GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNİN keçirtdiyi yarışda Respublika üzrə 3-cü yerə layiq görülmüşəm.
15-16 dekabr 2018-ci ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən beynəlxalq Avropa yarışında 13 ölkədən qatılan 250 iştirakçı içərisində 2-ci yerə layiq görülmüşəm. Bunlar isə digər uğurlarımdır.
19.04.2015-ci ildə 3-cü yer
28.08.2015-ci ildə 3-cü yer
28.11.2015-ci ildə 1-ci yer
26.08.2016-cı ildə 1-ci yer(qrup komandası), 3cü yer (halqa hərəkətləri)
09.10.2016-cı ildə 2-ci yer
21.12.2016-cı ildə 3-cü yer
28.03.2017-ci ildə 1- ci yer(alətsiz), 2-ci yer (halqa hərəkətləri)
23.04.2017-ci ildə 1-ci yer(qrup hərəkəti)
21.05.2017-ci ildə 2-ci yer(ip hərəkətləri), 3-cü yer(top hərəkətləri)
27.05.2017-ci ildə 1-ci yer(Qrup alətli)
24.06.2017-ci ildə 1-ci yer(top hərəkətləri), 2-ci yer(ip hərəkətləri)
01.10.2017-ci ildə 1-ci yer(Qrup hərəkətləri), 3-cü yer(halqa )
14.10.2017-ci ildə 3-cü yer(halqa)
27.12.2017-ci ildə 2-ci yer(topla), 3-cü yer(çoxnövçülük)
24.03.2018-ci ildə 5-ci yer
12.05.2018-ci ildə 1-ci yer(çoxnövçülük)
03.06.2018-ci ildə 1-ci yer(çoxnövçülük)
8.Gələcəyinlə bağlı arzuların?
-Bədii gimnastika üzrə daha da böyük nailiyyətlər əldə etmək, Azərbaycanın yığma komandasının üzvü olub, Avropa ölkələrində keçiriləcək turnirlərdə iştirak edib, Azərbaycanın adını daha yüksəklərə qaldırmaq istəyirəm.