SSG klubunun uğurlu fəaliyyəti

"Azərbaycanda seçilmiş məktəblərdə su, sanitariya və gigiyenik təhsilin təkmilləşdirilməsi" layihəsinin iştirakçısı olan şagirdlərin iştirakı ilə yaradılmış SSG klubu tərfindən həyata keçirilən aksiyalar məktəbimizdə uğurla həyata keçirimişdir. Bu gün klubun üzvləri və klub rəhbəri Aidə Eyvazova, həmçinin SSG klubunun keçirdiyi rəsm və inşa müsabiqələrinin qalibləri Unicef tərəfindən Sertifikat və hədiyyələrlə təltif edildilər. Qeyd edək ki, layihə BMT-nin Uşaq Fondunun (UNİCEF) maliyyə dəstəyi əsasında həyata keçirilir. Burada əsas məqsəd seçilmiş məktəblərdə sosial tədbirlər təşkil etmək, su, sanitariya və gigiyena haqqında məlumatlılığın artırılmasına, uşaq və gənclərin münasibət və davranışına dəstək olmaqdır.