Məktəbdə "Cümhuriyyət həftəsi" keçirilir

Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərimiz davam etməkdədir. Ölkə rəhbəri Cənab İlham Əliyevin 2018-ci ili Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi sərəncamına və BŞTİ-nin müvafiq əmrinə uyğun olaraq məktəb üzrə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı əmrlə Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına və məktəbin illik Fəaliyyət Planının 1.3.27-ci bəndinə uyğun olaraq müasir və müstəqil Azərbaycançılıq ideyalarının təbliği məqsədilə bu həftə məktəbdə "Cümhuriyyət həftəsi" keçirlir. Qərara alınmışdır ki, həftə ərzində tarix dərslərində cümhuriyyət qurucuları haqqında xüsusi dərslər keçirilsin. Dekabrın 19-da belə dərslərdən birini məktəbin tarix müəllimi Şirmayi Səfərova Ü. Hacıbəyov və Ə. Topçubaşov haqqında tədris etdi.