"Hər bir uşaq istedadlıdır" layihəsinin daha bir iştirakçısı

Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.6-cı bəndinə və məktəbin illik Fəaliyyət Planının 1.3.6-cı bəndinə uyğun olaraq Xüsusi qabiliyyət tələb olunan (incəsənət, musiqi, idman və s.) sahələrdə istedadı ilə fərqlənən uşaq və yeniyetmələrin aşkara çıxarılması, onların istedadının inkişaf etdirilməsinə hərtərəfli şəraitin yaradılması istiqamətində işlərin gücləndirilməsi məqsədilə məktəbimizdə "Hər bir uşaq istedadlıdır" adlı layihəyə start verilmişdir. Nəzərə alınmışdır ki, layihə çərçivəsində hər həftə məktəbdə oxuyan istedadlı uşaqlarla onların uğur yolu ilə bağlı müsahibələr alınsın və həmin şagirdlər bütün məktəblilərə tanıdılsın. Layihəmizin növbəti iştirakçısını təqdim edirik.
1.Özünü təqdim et.
- Əlizadə Rafael Vüqar oğlu.
2.İdmanın hansı növü ilə məşğul olursan?
-Cüdo Sambo ilə məşğul oluram.
3.Bu sahəyə maraq necə oldu yarandı?
-Əvvəllər musiqi ilə məşğul olurdum.Sonra atamın istəyi ilə idmana başladım.
4.Harda məşq edirsən? Məşqçin kimdir?
-Hövsanda “HÖVSAN OLİMPİYA MƏRKƏZİ”-ində məşq edirəm.Məşqçim Ələkbərzadə Fərəcdir.
5.Neçə ildir bu idman növü ilə məşğul olursan?
- 5 ildir ki,cüdo ilə məşğul oluram.
6.Bu illər ərzində hansı nailiyyətlər qazanmısan?
19.10.2014-cü il (46kq)-1 yer 
23.11.2014-cü il (46kq)-1 yer
14.12.2014-cü il (42kq)-3 yer
25.01.2015-ci il (50kq)-1 yer
02.05.2015-ci il (46kq)-1yer 
03.04.2016-ci il (50kq) -1 yer

09.04.2016-c
ı il (50kq)-3 yer
24.04.2016-cı il (50kq)-3 yer
21.05.2016-cı il (50kq) 3 yer 
13.09.2016-cı il (50kq) 3 yer
27.05.2017-ci il (55kq) 3 yer
08.10.2017-ci il (55kq) 3 yer
26.11.2017-ci il (55kq) 3 yer

06.01.2018-ci il (60kq) 1 yer

7.Gələcəyinlə bağlı hansı arzularin var
-Həm təhsildə,həm də idmanda daha da böyük nailiyyətlər qazanmaq istəyirəm.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi