Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş sinif təşkilat saatları keçirilir

Məktəbin illik Fəaliyyət Planının 1.3.13-cü bəndinə müvafiq olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq məktəbdə silsilə tədbirlər həyata keçirilməkdə davam edir. Dekabrın 7-də 1’’A’’ sinfində sinif müəllimi Ülviyyə Əliyeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş sinif təşkilat saatı keçmişdir.