Riyaziyyat aylığı keçirilir

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Dekabr ayı məktəbdə riyaziyyat aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Aylığın tədbirlər planına uyğun olaraq məktəbin foyesində riyaziyyat fənninə uyğun olaraq stend hazırlanmışdır. Stendin qarşısında quraşdırılan lövhələrdə bu gün şagirdlər böyük tənəffüsdə riyaziyyat müəllimi Cəmilə Qasımovanın rəhbərliyi ilə riyaziyyatdan faiz mövzusunu müzakirə etdilər.