12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür

Məktəbin illik Fəaliyyət Planının 1.3.13-cü bəndinə müvafiq olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq məktəbdə silsilə tədbirlər həyata keçirilməkdədir. Dekabrın 6-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi. Tədbirin sonunda Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş inşa yazı müsabiqəsinin və dama yarışının qalibləri Fəxri Fərmanlarla təltif edildilər.