Qızıl payız tədbiri

28 noyabr ibtidai siniflərin iştirakı ilə "Qızıl payız" tədbiri keçirildi.Bu tədbirin məqsədi həm payızın əlamətlərini,şeir,musiqi parçaları ilə nümayiş etdirmək,həm də payız aylarına tesadüf edən əlamətdar günləri yaddaşlara bir daha aşılamaq idi.Tədbir dövlət himnimizin səslənməsi ilə başladı.Əvvəlcə məktəbə yenicə qədəm qoyan birincilərin çıxışları dinlənildi.Sonra isə,siniflər öz rəngarəng səhnələrini payızı xatırladan rəqslərini nümayiş etdirdilər.Bir-birində maraqlı səhnəciklər tədbir iştirakçılarının böyük alqışı ilə izlənilirdi.Sonda Azərbaycan bayrağının təntənəli surətdə məktəbin 11-ciləri tərəfindən "Qalx-qalx Azərbaycan " musiqi sədaları altında səhnəyə gəlişi hər kəsi ayağa qaldırdı.Sonda çıxış üçün söz məktəbin direktoru Tağıyeva Tehranə xanıma verildi. O, da tədbirdən məmnun qaldığını bildirdi və öz təşəkkürünü məktəbin ibtidai sinif müəllimlərinə çatdırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi