Şagirdlərimizin Fəxri Xiyabana ziyarəti davam edir

Məktəbin illik Fəaliyyət Planının 1.3.13-cü bəndinə müvafiq olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq məktəbdə silsilə tədbirlər həyata keçirilməkdədir. Dekabrın 2-də məktəbin 4"A"sinif şagirdləri sinif rəhbərləri Aybəniz Heydərovanın rəhbərliyi ilə Fəxri Xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub.