Şagirdlərimiz Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmişdilər

Məktəbin illik Fəaliyyət Planının 1.3.13-cü bəndinə müvafiq olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq məktəbdə silsilə tədbirlər həyata keçirilməkdədir. Dekabrın 1-də məktəbin 5-ci sinif şagirdləri sinif rəhbərləri Elminaz Mahmudovanın rəhbərliyi ilə Fəxri Xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub. Daha sonra məktəbin kollektivi Şəhidlər Xiyabanını da ziyarət edibl