"Hər bir uşaq istedadlıdır" layihəsinin növbəti iştirakçısı

Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin 2.6-cı bəndinə və məktəbin illik Fəaliyyət Planının 1.3.6-cı bəndinə uyğun olaraq Xüsusi qabiliyyət tələb olunan (incəsənət, musiqi, idman və s.) sahələrdə istedadı ilə fərqlənən uşaq və yeniyetmələrin aşkara çıxarılması, onların istedadının inkişaf etdirilməsinə hərtərəfli şəraitin yaradılması istiqamətində işlərin gücləndirilməsi məqsədilə məktəbimizdə "Hər bir uşaq istedadlıdır" adlı layihəyə start verilmişdir. Nəzərə alınmışdır ki, layihə çərçivəsində hər həftə məktəbdə oxuyan istedadlı uşaqlarla onların uğur yolu ilə bağlı müsahibələr alınsın və həmin şagirdlər bütün məktəblilərə tanıdılsın. Layihəmizin növbəti iştirakçısını təqdim edirik.
1.Özünü təqdim et.
- Quliyeva Radmila Alek qızı.
2.İdmanın hansı növü ilə məşğul olursan?
-Yüngül atletika ilə məşğul oluram.
3.Səndə bu sahəyə maraq necə oldu yarandı?
-Kiçik yaşlarımda bədii gimnastika ilə məşğul olurdum.Gimnastikanı saxlayandan sonra yüngül atletika ilə məşğul olmağa başladım.
4.Harda məşq edirsən? Məşqçin kimdir?
-Gənclikdə “RESPUBLİKA OLİMPİYA MƏRKƏZİ”-ində məşq edirəm.Məşqçim Ceyhun Hüseynovdur.
5.Neçə ildir bu idman növü ilə məşğul olursan?
- 3 ildir ki,yüngül atletika ilə məşğul oluram.
6.Bu illər ərzində hansı nailiyyətlər qazanmısan?
-Nailiyyətlərim çox olub. Qısa olaraq deyə bilərəm ki, 
10.06.2016-cı il 400 m-1 yer 
17.06.2016-cı il 400 m-1 yer
16.06.2017-cı il 100 m-3 yer
12.02.2016-cı il 400 m-2 yer
18.06.2016-cı il 200 m-3 yer 
05.05.2016-cı il 400 m-2 yer
05.01.2017-cı il 400 m-3 yer
06.01.2017-ci il 200 m-3 yer
21.01.2017-cı il 400 m-3 yer 
10.06.2016-cı il 200 m-2 yer
11.02.2017-cı il 1 yer
04.02.2017-cı il 1 yer
7.Hansı ölkədaxıli və beynəlxalq yarışlarda iştirak etmisən?
- Türkiyənin Konya şəhərində keçrilən “ULUSLAR-RUMİ ÇOCUQ OYUNLARI”tədbirində iştirak etmişəm.20 ölkə arasında 5-ci yeri qazanmışam.
8.Gələcəyinlə bağlı hansı arzularin var
-2020-ci ildə keçriləcək TOKİO OYUNLARINDA iştirakçı olub,nailiyyət qazanmaq istəyirəm.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi