Mehdi Hüseynzadənin 100 illik yubileyi keçirilir

Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrinə müvafiq olaraq Azərbaycan xalqının qəhrəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyi münasibətilə məktəbin 7"D" sinif şagirdləri sinif rəhbəri Nigar Bayramovanın rəhbərliyi ilə Mehdi Hüseynzadə adına Novxanı 1 nömrəli tam orta məktəbdə yerləşən Tarix-Diyarşünaslıq muzeyində olmuşdular.