"Uşaqların Payız sevinci- Payız bayramı” adlı ədəbi-bədii gecə keçirilib

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Noyabr ayı məktəbdə ibtidai siniflər aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Noyabrın 26-da aylığın tədbirlər planına uyğun olaraq 4"D" və 4"Ə"sinif şagirdləri sinif müəllimləri Afət Mustafayeva və Arifə Quliyevanın təşkilatçılığı ilə "Uşaqların Payız sevinci- Payız bayramı” adlı ədəbi-bədii kompozisiya təqdim etdilər.