İbtidai siniflərdə məktəbdaxili olimpiada təşkil olunmuşdur

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Noyabr ayı məktəbdə ibtidai siniflər aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Noyabrın 26-da aylığın tədbirlər planına və məktəbin illik Fəaliyyət Planının 1.1.2.8-ci bəndinə uyğun olaraq 4-cü siniflərdə şagirdlərin istedad, bacarıq və xüsusi qabiliyyətlərinin üzə çıxarılması və rəğbətləndirilməsi məqəsdilə ana dili, riyaziyyat, xarici dil, məntiq və həyat bilgisi fənləri üzrə məktəbdaxili olimpiada təşkil olunmuşdur.